Adil Əliyevin yetirmələri Qırğızıstanda döyüşəcək - FOTOLAR

Azərbaycanın kikboksinq üzrə yığma komandası Qırğızıstanın paytaxtı Bişkek şəhərindədir. Milli komandamız mərhum eks-prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş peşəkar turnirə iştirak etmək üçün bu ölkəyə yollanıb. AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Facebook profilində məlumat yayıb. Federasiya prezidenti səfər çərçivəsində Qırğızıstanın əmək və miqrasiya naziri ilə də görüşüb: "Azərbaycan-Orta Asiyaya qarşı peşəkar turnirini həyata keçirmək üçün gəlmişik. Yarışımız mayın 2-də olacaq. Bu dəfə Asiyanın ən güclü idmançılarına qarşı Kikboksinq, K-1 və Leo-kik versiyası üzrə vuruşacağıq. Bu gün çox önəmli görüşlərimiz oldu. Əsas görüşümüz zamanı Qırğızıstanın əmək və miqrasiya naziri mənə ölkəsinin milli geyimini hədiyyə etdi".



İntiqam
AzNews.az

image description image description image description image description