Tağıyev erməni rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib Tağıyev erməni rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib

Ermənilərə daha bir zərbəni güləşçimiz vurdu

Tağıyev erməni rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib


Gənclər və İdman Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu gün Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başlayıb. Çempionatın ilk günündə Azərbaycan güləşçisi erməni ilə qarşılaşıb.

Belə ki, Rövşən Tağıyev 1/16 final mərhələsində Ermənistan təmsilçisi Vazgen Xaçatryan ilə üz-üzə gəlib. 60 kq çəkidə mübarizə aparan Tağıyev erməni rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.

Bahadur
AzNews.az