Futbol üzrə dünya kubokunu Almaniya deyil, Şimali Koreya qazanıb. AzNews.az xəbər verir ki, bu gün Şimali Koreya vətəndaşları ölkələrinin dünya kubokunu "qazanmağını" bayram edir. Belə ki, ölkədəki bütün informasiya rıçaqlarına nəzarət edən ölkə lideri Kim Jong ölkəsinin finalda Portuqaliya ilə qarşılaşdığını və 6:0 hesabıyla qalib gəldiyini yazdırıb. Hətta bununla bağlı montaj olunmuş videogörüntülər də insanlara təqdim edilib.
İntiqam Valehoğlu
AzNews.az