Sabah Topaz Premyer Liqasında V tur çərçivəsində ən maraqlı və prinsipial qarşılaşmalardan biri “Neftçi” –“Xəzər Lənkəran” matçı keçiriləcək. Sabah Topaz Premyer Liqasında V tur çərçivəsində ən maraqlı və prinsipial qarşılaşmalardan biri “Neftçi” –“Xəzər Lənkəran” matçı keçiriləcək.

Baş məşqçisindən “Böyük oyun”la bağlı- Açıqlama

Sabah Topaz Premyer Liqasında V tur çərçivəsində ən maraqlı və prinsipial qarşılaşmalardan biri “Neftçi” –“Xəzər Lənkəran” matçı keçiriləcək.



"Qafqzinfo"ya açıqlama verən "Neftçi" klubunun yeni baş məşqçisi Arif Əsədov "Böyük oyun"la bağlı fikirlərini səsləndirib: "Bildiyimiz kimi, "Neftçi"- "Xəzər Lənkəran"matçları istər azarkeşlik baxımından, istərsə də oyun baxımından həmişə gərginliyi ilə yadda qalır. Biz də bu oyuna çox ciddi hazırlaşırıq. Heyətlə bağlı bəzi problemlərimiz var. Ernest Nfor zədəli olduğuna görə öz vətənində müalicə alır. Juilius Vobay da məşqlərə bu gün qoşulub. Bruno Bertuçi ilə də bağlı bəzi probelmər var. Ancaq bununla belə sabah öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Onu da deyim ki, matçın keçiriləcəyi İsmət Qayıbaov adına stadionun öt örütüyü ideal vəziyyətdədir. Ola bilər oyunun bu stadiona salınması ilə bağlı azarkeşlər tərəfindən narazıçılıq olsun. Lakin "Neftçi"-"Xəzər Lənkəran" matçının harada keçirilməsində asılı olmayaraq önəmi hər zaman dəyişməz qalır. Biz də çalışıb "böyük oyun"un adına layiq bir matç çıxaracağıq"

Qeyd edək ki, "Neftçi"-"Xəzər Lənkəran" matçı sabah saat 17:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.


AzNews.az