Hicaba görə Asiya Oyunlarından imtina etdilər

Qətərin qadınlardan ibarət basketbol komandası Cənubi Koreyada keçirilən Asiya Oyunlarından imtina edib.



AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Qətər basketbolçularına Monqolustan millisi ilə oyuna hicabda çıxmağa icazə verilməməsidir. Asiya Oyunlarında bütün idman növlərinə qadın idmçançıların hicabla çıxış etməsinə icazə verilib. Yalnız basketbolda bu qadağa tətbiq olunub. Qətər millisi də bu qadağaya etiraz olaraq yarışlardan imtna edərək ölkəsinə qayıtmaq qərarı verib.