Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

Teymur Rəcəbov “Bu, bir zarafatdır” dedi

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.




AzNews.az Trend-ə istinadən xəbər verir ki, partiyadan sonra Rəcəbov oyunu haqda danışıb: "Debütümdən çox razı qaldım. Əlbəttə, bu, bir zarafatdır. Necə debütdən razı qala bilərəm, əgər ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Sadəcə hazırlıqdan kənar gedişlər etməli oldum. Oyunu təhlil etmişdim, sadəcə vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Oyun heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan, indi o gedişləri təhlil etmək düzgün olmazdı."

Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: "Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim.

Rəqib düzgün oynamağa çalışırdı. Ağlar da başqa variant görünürdü. Sadəcə oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçəylə razılaşdıq".

AzNews.az