PFL-Topaz əməkdaşlığına dəstək verildi

Bu gün Peşəkar Futbol Liqası və Topaz arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsi imzalanacaq. AzNews.az xəbər verir ki, "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında keçiriləcək mərasim saat 15:00-da başlayacaq.

Tədbirdə Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular – Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak edəcəklər. Xatırladaq ki, son 3 il ərzində PFL "Unibank" ilə əməkdaşlıq edirdi.

Emin Abbasov
AzNews.az