Azarkeşlər klubun idarə heyətini “tabuta qoydular” – Etiraz

Futbol üzrə Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Samsunspor" klubunun fanatları maraqlı etiraz forması seçib.



AzNews.az xəbər verir ki, azarkeşlər klub rəhbərliyini istefaya dəvət ediblər.

Samsunun "İstiklal Caddesi"ndə toplanan bir qrup fanat, simvolik olaraq klubun idarə heyətini tabuta qoyaraq cənazə namazı qlıblar. Üzərində axund paltarı olan bir şəxsin "Haqqınızı halal edirsiniz?" sualına kütlə birağızdan "yox" deyə cavab verib.

Daha sonra azarkeş ciddi təhlükəsizlik tədbirləri altında "Samsunspor"un Nuri Asan təsislərinə yürüş keçirdib. Etirazçılar rəhbərliyin binası qarşısında qara çələng və simvolik tabutu qoyaraq idarə heyətini istefaya səsləyib.



"Samsunspor" 11 turdan sonra liqanın turnir cədvəlində 14 xalla 9-cu pillədə qərarlaşıb.


AzNews.az