Azərbaycan klubu İran çempionu ola bilmədi – VİDEO

Futbol üzrə İran çempionatının son oyununda "Naft Tahran"la qarşılaşan Təbrizin "Traktor Sazi" komandası 3:3 hesablı bərabərə qalaraq çempionluğu əldən verib.


AzNews.az xəbər verir ki, matçda təbrizlilər 3-1 hesabı ilə irəlidə olsalar da sonra qələbəni qoruya bilməyiblər.

Oyunun 63-cü dəqiqəsində Təbrik klubunun erməni futbolçusu Andranik Teymuryan qırmızı vərəqə alıb. Elə qollardan birinin də müəllifi erməni futbolçu olub.

Bununla da təbrizlilər 58 xalla 2-ci yerdə qərarlaşıb.

Çempionluq isə "Sepahan"a qismət olub. Onlar son oyunda "Saipa"nı doğma meydanında 2-0 hesabı ilə udaraq 59 xal qazanıb.

Tehranın "Naft Tahran" klubu isə 58 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, Təbriz klubunun azarkeşləri oyun zamanı "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirib.