“Neftçi” heyətində yeni futbolçu

"Neftçi"nin əvəzedici heyətinin üzvü Mirabdulla Abbasov əsas komandaya cəlb edilib.



AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Abbasov "Neftçi"də 49 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, bu, son 6 ayda əvəzedici komandadan əsas heyətə dəvət almış sayca ikinci futbolçudu. Mirabdulla Abbasovdan əvvəl Rahil Məmmədov əsas komandaya cəlb olunub və göstərdiyi oyunla özünü doğruldub.