- Köhnə - İdman
- 9 İyun 2015 13:37
- 7 704
Bakı, möcüzəyə hazır ol! - VİDEO
İyun ayının 12-də saat 21.00-da Bakının Olimpiya Stadionunda baş tutacaq I Avropa Oyunlarının açılış mərasimi üçün artıq hər şey hazırdır və bu prosesi özündə əks etdirən video yayımlanıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumat "Bakı-2015"in rəsmi saytında yer alıb.Saytda yerləşdirilən videodan açılışın möhtəşəm olacağı gözlənilir.
Açılış mərasimi televiziyalarla yanaşı, baku2015.com saytında da canlı yayımlanacaq.
I Avropa Oyunlarını gözləyənlərin intizarı sona yaxınlaşır. O günə cəmi 3 gün qalıb.
Olimpiya Stadionunda Azərbaycanın mədəniyyətini və tarixini özündə əks etdirəcək şounu hamı səbirsizliklə gözləyir.
Qeyd edək ki, açılış mərasiminin bədii direktoru Dimitris Papaioannou Afina 2004 Olimpiya Oyunlarının mərasimlərinin təşkilatçılığını edib.
Rəsmi məlumata görə, açılış və bağlanış mərasimlərinə 2000 nəfər cəlb olunub. Dünyanın aparıcı prodakşn şirkəti FiveCurrents açılış və bağlanış mərasimlərinin quruculuq işlərini təşkil edəcək.