"I Avropa Oyunlarında da əsas məqsədimiz ilk onluqda yer almaqdır". "I Avropa Oyunlarında da əsas məqsədimiz ilk onluqda yer almaqdır".

“Məqsədimiz ilk onluqdan çıxmamaqdır“ - Nazir

"I Avropa Oyunlarında da əsas məqsədimiz ilk onluqda yer almaqdır".


AzNews.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

A.Rəhimov qeyd edib ki, əvvəldən proqnoz vermək düzgün olmazdı: "Ev sahibliyi kimi bizə təsnifat yarışlarından keçməyə ehtiyac olmadı. Bu da bizim üstünlüyümüzdür. İdmançılarımız bütün idman növü üzrə yarışlara qatılacaqlar. Bu bizə bütün idman növlərində medal qazanmağa şans verir".

Azərbaycanda hokkey idman növü üzrə komanda yaradılacaqmı sualını cavablandıran nazir, bunun üçün maddi texniki bazanın lazım olduğunu bildirib: "Mən Dünya Hokkey Federasiyasının prezidenti ilə görüşəndə söz vermişdim ki, buz meydançası yaradacağıq. Bu müxtəlif idman növlərinin inkişafında kömək olacaq. Amma bunun üçün maddi texniki bazanın olması vacibdir. Bundan əlavə, biz bir hokkey komandası yaratmaqla məsələ həll olmur. Onlar kiminlə yarışacaqlar? Bunun üçün regionda hokkeyin inkişafı vacibdir. Amma gələcəkdə bunun üzərində düşünəcəyik".