“Qalatasaray”ın siyahısında - Andre Santos



Müdafiənin solunda sıxıntılar yaşayan Türkiyənin "Qalatasaray" klubu qış transfer dönəmində bu mövqeyə oyunçu almaq niyyətindədir. Goal.com yazır ki, mövsümün əvvəlində cəhdləri boşa gedən Cimbom "Arsenal"da əsas heyyətdən kənarda qalan Andre Santosu rənglərinə qatmaq istəyir.

"Qalatasaray" klubunun icraçı drektoru Lütfü Ariboğan Braziliyalı oyunçunu siyahılarına saldıqlarını və transfer etmək istədiklərini bildirib.

Elman Bakuvi
AzNews.az