Bolqarıstan voleybolçuları öz qrupunda mütləq liderliyi ələ alıb. Bolqarıstan voleybolçuları öz qrupunda mütləq liderliyi ələ alıb.

Azərbaycan İtaliya yığmasına qalib gəldi - Voleybolda (Yenilənib)

Bolqarıstan voleybolçuları öz qrupunda mütləq liderliyi ələ alıb.

Bakı 2015 Avropa Oyunlarında 100%-lik rekord nəticə göstərən Bolqarıstan komandası İtaliyanı 3-1 hesabı ilə məğlub edib.

AzNews.az xəbər verir ki, ilk setdə mükəmməl blok quran və ardıcıl zərbələr endirən bolqarlar 25-20 hesabı ilə məğlub olub. Gərginliyin artdığı ikinci setdə İtaliya komandasının baş məşqçisi Mişel Totire (İTA) rəqibə verilən xala kəskin etiraz bildirdiyi üçün qırmızı kartla cəzalandırılıb və ikinci set 25-22 xal hesabı ilə bolqarların xeyrinə yekunlaşıb.

3-cü set mübarizənin ən uzun seti oldu və bolqarlar oyunu ardıcıl zərbələrdən sonra 34-32 hesabı ilə yekunlaşdırıblar. Final set isə 25-19 xal fərqli ilə bolqarların qələbəsi ilə bitib.

Bolqarıstan komandasının baş məşqçisi Nikolay Jeliaskov komandasını göstərdiyi performansa görə təbrik edib:
"Olduqca gərgin mübarizə idi. İlk setdən üstünlüyü ələ ala bilsək də, ikinci setdə bəzi səhvlərimiz oldu. Biz qələbəyə doğru addımlayırıq. Məncə, biz qələbəyə layiqik. Mübarizəyə yaxşı hazırlaşmışdıq, qalib olduğumuz üçün çox xoşbəxtəm".

Axşam keçirilən ikinci qarşılaşmada Serbiya Azərbaycanı 3-0 hesabı ilə məğlub edib.
Kristal Zal 1-də doğma arenada xalqın dəstəyi ilə oyuna başlayan Azərbaycan dünya komandaları arasında 8-ci yerdə duran Serbiyanı məğlub edə bilməyib.

Serbiya ilk seti 25-22, ikinci seti isə 25-18 xal hesabı ilə yekunlaşdırıb. Final setini 25-19 xal hesabı ilə bitirən serbiyalılar mübarizədə qalib olub.

Azərbaycan A qrupunda keçirilən hər iki oyunda məğlub olub. Buna görə də 18 iyun cümə axşamı Fransa ilə baş tutacaq qarşılaşma komandanın irəli keçməsi üçün olduqca vacibdir.

A qrupunda keçirilən ilk mübarizələrdən birində Fransa Finlandiya komandasını 3-0 , Polşa isə Türkiyə komandasını 3-2 xal hesabı ilə məğlub edib.

B qrupuna Belçikaya 3-0 hesabı ilə qalib gələn Rusiya komandası liderlik edir, Almaniya isə eyni xal hesabı ilə Slovakiya komandasını geridə qoyub.

***

A qrupunda yer alan Azərbaycan yığması İtaliya ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qələbə qazanıb.