Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib. Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Toğrul Əsgərova qızıl medalı İlham Əliyev təqdim etdi - FOTO

Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.


Bu gün Azərbaycanın aktivinə daha bir qızıl medalı sərbəst güləşçi Toğrul Əsgərov yazdırıb. Musavat.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan olimpiya çempionu ona bəslənən ümidləri yetərincə doğruldub.

Finalda italiyalı idmançı Frank Kamizo Marqueslə qarşılaşan Əsgərov xalçanı qalib kimi tərk edib. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Toğrula qızıl medalı İlham Əliyev təqdim edib. Daha sonra isə himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

Qeyd edək ki, bununla, Azərbaycan millisinin Bakı-2015-də qazandığı qızıl medalların sayı 9-a çatıb.