Bakı 2015 birinci Avropa Oyunlarında boksçumuz növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Bakı 2015 birinci Avropa Oyunlarında boksçumuz növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu gün 6 boksçumuz yarımfinalda çıxış edəcək

Bakı 2015 birinci Avropa Oyunlarında boksçumuz növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.


AzNews.az xəbər verir ki, bu gün təmsilçilərimizdən rinqə ilk olaraq qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova çıxacaq. O, 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 12:45-də başlayacaq.

Daha sonra rinqə yüngül (60 kq) çəkidə çıxış edən kişi boksçumuz Albert Səlimov çıxacaq. Yarımfinala çıxış yolunda o, Bolqarıstan idmançısı Elian Dimitrov ilə üz-üzə gələcək. Döyüş saat 14:00-da başlayacaq.

Saat 19:15-də yarımorta (60-64 kq) çəkidəki təmsilçimiz Yana Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rian Sandi ilə qarşılaşacaq.

Növbəti təmsilçimizin döyüşü saat 20:15-ə planlaşdırılır. Bu dəfə birinci yarımorta (64 kq) çəkidə təmsilçimiz Kollazo Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə münasibətlərə aydınlıq gətirəcək.

Daha sonra yarımorta (69 kq) çəkidəki boksçumuz Pərviz Bağırov 1/4 finalda rinqdə Almaniya idmançısı Abas Barou ilə üz-üzə gələcək. Yarımfinala vəsiqəni təmin edəcək görüş saat 21:15-də başlayacaq.

Azərbaycan təmsilçilərindən ən sonda döyüşə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxacaq. Yarımfinala çıxmaq üçün o, Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırmalıdır. Görüş saat 21:30-a planlaşdırılır.