- Hadisə
- 19:26
- 1 784
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.
Aznews.az xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.
Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.