- Türkiyə
- 00:26
- 1 924
SON DƏQİQƏ: Türkiyə gəmisi vuruldu
Qara dənizdə Türkiyəyə məxsus balıqçı gəmisinə edilən hücum nəticəsində bir nəfər həyatını itirib.
Bu barədə Türkiyə Sahil Mühafizə Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 5-də Krımın qərb sahilləri yaxınlığında, Sevastopol ətrafında baş verib.
Hücum zamanı zərər görən DURU 67 adlı balıqçı gəmisi batıb.
Açıqlamada bildirilir ki, yaxınlıqda olan BURAK KAYA adlı digər balıqçı gəmisi batmaqda olan gəmidən beş yaralı balıqçını təxliyə edib.
“Zərər görən DURU 67 balıqçı gəmisi hücum nəticəsində batıb. BURAK KAYA gəmisi batmaqda olan qayıqdan beş yaralı balıqçını xilas edib. Təəssüf ki, yaralılardan biri daşınma zamanı həyatını itirib”, – deyə Türkiyə Sahil Mühafizə Xidmətinin açıqlamasında bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi və hücuma görə kimin məsuliyyət daşıdığı barədə hələlik rəsmi məlumat verilməyib. Türkiyə tərəfi insidentlə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
Mövsüm,
AzNews.az