- Rusiya və İran
- 00:29
- 2 031
Peskov: ABŞ-Rusiya təmasları davam edir
Rusiya və ABŞ arasında dialoq davam edir və onun çətinləşdiyini söyləmək doğru olmaz.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
“Dialoq qətiyyən çətinləşməyib. Mövcud kanallar vasitəsilə təmaslar davam etdirilir”, – deyə Peskov qeyd edib.
Kreml nümayəndəsinin sözlərinə görə, Moskva və Vaşinqton arasında müxtəlif istiqamətlər üzrə əlaqələr saxlanılır və tərəflər mövcud kommunikasiya mexanizmlərindən istifadə etməyə davam edirlər.
Peskov ABŞ-Rusiya münasibətlərinin perspektivləri ilə bağlı əlavə təfərrüat açıqlamasa da, iki ölkə arasında dialoqun davam etməsinin vacibliyini vurğulayıb.
Son aylarda Moskva və Vaşinqton arasında xüsusilə Ukrayna münaqişəsi, təhlükəsizlik məsələləri və beynəlxalq gündəmin digər mövzuları üzrə təmasların davam etdiyi bildirilir.
Mövsüm,
AzNews.az