Putindən çağırış: Moskvanı tərk edin!

Rusiya Prezidenti Vladimir Putin ölkə regionlarının iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə iri şirkətlərin ofislərinin Moskvadan regionlara köçürülməsi prosesinin fəallaşdırılmasını zəruri hesab edir.

AzNews.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, bu addımlar Rusiyanın regionlarında yeni inkişaf nöqtələrinin yaranmasına, regional büdcələrin gəlir hissəsinin möhkəmlənməsinə və əlavə iş yerlərinin açılmasına imkan verəcək:

“Şirkətlərin iş yerinin dəyişdirilməsi ilə bağlı bütün çətinlikləri anlayıram. Lakin bu istiqamətdə səyləri artırmaq lazımdır”.

Putinin fikrincə, belə yanaşma paytaxtın yükünün azalmasına da kömək edəcək.