- Mədəni adam
- 22:15
- 2 368
“Azad” rəqs ansamblının balaca üzvlərinin bayram sevinci
1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində rəqqas Rəhim Babayev tərəfindən təsis edilmiş “Azad” rəqs ansamblının üzvləri televiziya tamaşaçılarına yaddaqalan anlar yaşadıblar.
Ansamblın balaca rəqqasları "Waka Waka" musiqisinin sədaları altında hazırladıqları rəqsi təqdim ediblər. Ansamblın dörd qızdan ibarət kollektivi isə “Naxçıvani” rəqsi ilə çıxış edib.
Rəqs nömrələri "ATV Səhər" proqramında canlı yayımlanaraq bayram ovqatına xüsusi rəng qatıb.
Çıxışlar zamanı uşaqların sevinc dolu təbəssümü, rəqsin ahəngi və səhnədəki enerjisi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bayram günündə təqdim olunan rəqs nömrələri uşaqların istedadını nümayiş etdirməklə yanaşı, Beynəlxalq Uşaqların Müdafiəsi Gününün ruhuna uyğun olaraq sevinc və coşqu dolu anlar yaradıb.
AzNews.az