Gədəbəyə dolu düşüb

Azərbaycanın Qərb bölgəsində günorta saatlarından etibarən yağıntılı hava hökm sürür.

Aznews.az xəbər verir ki, Gədəbəy rayonuna güclü dolu düşüb.

Belə ki, rayonun Novosaratovka kəndinə təxminən 20 dəqiqə ərzində dolu yağıb.