- Türkiyə
- 13:52
- 1 146
Rəhmi Koç bu lətifəyə görə xalqdan üzr istədi
Türkiyənin ən varlı ailələrindən biri olan məşhur Koç ailəsinin təmsilçisi, “Koç Holdinq”in fəxri sədri, 96 yaşlı Rəhmi Koçun bir neçə gün əvvəl İzmirdə xəstəxana açılışında kürd qadınlar haqqında danışdığı lətifə sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Lətifəyə Türkiyənin sabiq baş naziri Biləni Yıldırımın gülməsi də narazılıq yaradıb.
Bundan sonra Türkiyə hakimiyyəti hərəkətə keçib və iş adamı barəsində "Əhalinin bir hissəsini açıq şəkildə təhqir etmək" ittihamı ilə araşdırma başladılıb.
R.Koç isə bu gün sosial şəbəkə hesabı vasitəsilə üzr istəyib:
“Sözlərim üçün səmimi qəlbdən üzr istəyirəm, çünki bu sözlərimlə heç bir konkret şəxsə qarşı yönəlməmişəm”.