- Türkiyə
- 5 İyun 23:09
- 1 331
Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edildi
Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum edilib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Krımın qərbində, Sevastopol sahilləri yaxınlığında Türkiyə bayrağı altında fəaliyyət göstərən “DURU 67” adlı balıqçı gəmisinə hücum olub.
Hadisə nəticəsində gəmidə olan bir balıqçı həlak olub, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Hücumun hansı şəraitdə baş verdiyi və məsul tərəfin kimliyi barədə hələlik əlavə məlumat verilməyib.