Hakim yığmamızı uduzdurdu

Makedoniyalı hakim Aleksandar Stavrevin kobud səhvi nəticəsində Azərbaycan yığması Moskvada keçirilən DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyununda 0:1 hesabla Rusiya komandasına məğlub olub.

APA-nın xəbərinə görə, hakim matçın 84-cü dəqiqəsində cərimə sahəsinin kənarında olan qayda pozuntusuna görə, Azərbaycan yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Rusiya futbolçusu Roman Şirokov zərbəni dəqiq yerinə yetirib və beləliklə Rusiya komandası qələbə qazanıb.

AzNews.az