I Avropa Oyunlarının ulduz elçilərinin mükafatlandırma mərasimi keçirilib. I Avropa Oyunlarının ulduz elçilərinin mükafatlandırma mərasimi keçirilib.

“Bakı-2015”in ulduz elçiləri mükafatlandırıldı

I Avropa Oyunlarının ulduz elçilərinin mükafatlandırma mərasimi keçirilib.


AzNews.az-ın məlumatına görə, təltifetmə mərasimində çıxış edən "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ulduz elçilərə təşkkür edib və gərgin iş cədvəlində "Bakı 2015"ə vaxt ayırdıqları üçün onlara minnətdarlığını bildirib.

"Siz öz üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirdiniz. Alovun Atəşgah məbədindən başlayan Azərbaycan gəzintisində ulduz elçilərin böyük rolu olub. Onların fəaliyyəti nəticəsində Alovun səyahəti daha çox insan tərəfindən izlənilib. Sonda hər birinizə I Avropa Oyunlarına verdiyiniz tövhəyə görə təşkkür edirəm", -deyə Saymon Kleq söyləyib.

S.Kleq Azərbaycan yaşadığı iki il ərzində müşahidə etdiyi maraqlı bir məsələni diqqətə çatdırıb: "İki ildir ki, Azərbaycandayam. Bir şeyi müşahidə etmişəm. Azərbaycanlılar qonaqlıqlara gec gəlir, amma gələndən sonra onların qarşısını almaq olmur".

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov da ulduz elçilərə təşəkkür edib. O bildirib ki, məhz bu elçilərin seçilməsi Azərbaycan vətəndaşlarının istəyi ilə, səsvermə ilə olub. Ulduz elçilərinin çəkdiyi əziyyət əbəs olmadı.

I Avropa Oyunlarının ulduz səfirlərindən Azər Qərib, Nuran Hacıyev, İlkin Həsənli, Nigar Camal, Tünzalə Ağayeva, Miri Yusif, DJ Şok, Tahir İmanov, Cabir İmanov Oyunlar zamanı fəaliyyətlərinə görə mükafata layiq görülüb.