Yığmamız qələbə qazanıb

Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq gedir. Hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Yadren" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Bayram Budaqov, Eldar Cankişiyev və Orxan Əliyev vurub.

Elman Bakuvi
AzNews.az