"Tamaşaçılar Usein Boltu bir ulduz kimi görür, amma mənim üçün yarışdığım digər atletlərdən heç bir fərqi yoxdur. Bu, bütün atletlər üçün belədir. Bolt ulduz bir idmançı ola bilər, amma start xəttində kimsə özündən başqasını görməz". "Tamaşaçılar Usein Boltu bir ulduz kimi görür, amma mənim üçün yarışdığım digər atletlərdən heç bir fərqi yoxdur. Bu, bütün atletlər üçün belədir. Bolt ulduz bir idmançı ola bilər, amma start xəttində kimsə özündən başqasını görməz".

Azərbaycanlı idmançıdan ölkəsinə qarşı ittiham

"Tamaşaçılar Usein Boltu bir ulduz kimi görür, amma mənim üçün yarışdığım digər atletlərdən heç bir fərqi yoxdur. Bu, bütün atletlər üçün belədir. Bolt ulduz bir idmançı ola bilər, amma start xəttində kimsə özündən başqasını görməz".


AzNews.az-ın baku.ws-ə istinadən məlumatına görə, bunu Azərbaycan əsilli atlet Ramil Quliyev dünyaca məşhur yamaykalı sprinter Usein Bolt haqqında danışarkən söyləyib. Pekində təşkil edilən Dünya Atletizm Çempionatında 200 metr finalında Bolt ilə yarışan və 20.11 saniyəlik dərəcəsiylə altıncı yeri tutan Ramil Boltla 3 dəfə yarışdığını deyib.

Ramil Dünya Atletizm Çempionatı tarixinin ən çox medal qazanan idmançısı ünvanına sahib olan Boltun müvəffəqiyyətinin "mübahisəsiz" olduğunu deyib: "Hər il zirvədə olmaq heç də asan deyil ancaq müvəffəqiyyət, yanında peşəkarlığı də gətirir. Bolt yarışlara 8 nəfərlik qrupuyla gəlir. Biz Çin yeməklərini yeməyə çalışırdıq, amma o, öz aşpazının bişirdiyi yeməklərlə bəslənirdi. Nə bizim qaldığımız yerdə qalır, nə də yediyimizdən yeyir. Müvəffəqiyyətin davamında bunların da çox əhəmiyyəti var", - deyə Ramil əlavə edib.

Türk vətəndaşı olduğu 2011-ci ildə ölkəsi Azərbaycan ilə yaşadığı problemlərdən danışan Ramil sözlərinə belə davam edib: "2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilmədim. Azərbaycan Atletika Federasiyası ilə atama görə problemim oldu. Onlar mənə heç dəstək olmadılar. Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim. 2012-ci ildəki yarışları qaçırdım, amma 2016-ci ildə mənim ilim olacaq. 2016-ci il Rio Olimpiadasında mənim üçün ən pis ehtimal finalda qaçmaq, ən yaxşısını isə hamımız bilirik"", - deyə atlet vurğulayıb.

Türkiyədə çox xoşbəxt olduğunu, dinc və rahat bir mühitdə məşq etdiyini deyən 25 yaşındakı atlet vəziyyətindən məmnun olduğunu söyləyib.