Türkiyə komandasına xoşagəlməz sürpriz Türkiyə komandasına xoşagəlməz sürpriz

“Fənərbaxça” matçında PKK bayrağı

Türkiyə komandasına xoşagəlməz sürpriz



Avroliqanın qrup mərhələsində Kiprin AEL komandası ilə qarşılaşacaq olan "Fənərbaxça"ya rəqib komandanın fanatları tərəfindən xoşagəlməz sürpriz hazırlandığı ortaya çıxıb.

AzNews.az xəbər verir ki, "Syfael" adlanan çılğın azarkeş qrupu oyunda "Fənərbaxça" futbolçularını qıcıqlandırmaq üçün PKK bayrağı açmaq istədikləri müəyyənləşib.

Buna görə də baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün stadiona təkcə türklərin deyil, həm də kiprlilərin bayraq gətirməsi qadağan olunub. Bundan əlavə türk ordusuna ünvanlanmış təhqiramiz plakatların da matça gətirilməməsi üçün aparılan əməliyyatlara türklərin də cəlb edildiyi bildirilir.

Rüfət Azəri
AzNews.az