Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıb. Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıb.

Taekvondoçularımız qalib gəldi - FOTO

Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıb.


AzNews.az Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, yarışda ölkəmizi "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil edib. Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan 600-ə yaxın taekvondoçunun qatıldığı yarışda "Təhsil" RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək I yerə çıxıb.

Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq, II yerə layiq görülüb.