Olimpiya mükafatçısı: "Londonda medalların əyarı yüksək ola bilərdi"

Pekin yay olimpiya oyunlarının bürünc mükafatçısı Şahin İmranov boksçularımızın London-2012-də çıxışını uğurlu sayır. AzNews.az-a verdiyi açıqlamada o deyib ki, "dördillliy"in ən böyük idman bayramını canlı izləyib. Rinq ustalarımızın döyüşünü yüksək qiymətləndirir. Sitat:

"Olimpiadanın həyacanını birbaşa Londonda yaşadım. Qazanılmış medalların əyarı yüksək ola bilərdi. Amma buna hakimlər əngəl oldu. Gənc komandamız var. İnşallah, boksçularımız Rio-2016-da daha uğurlu çıxış edərlər".

Qeyd edək ki, Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) sayəsində bu idman növündə 2 bürünc medal qazanılmışdı.

Kamran Hacı
AzNews.az