Bu gün Bakıda UEFA Avropa Liqasının finalında “Çelsi” – “Arsenal” matçı keçiriləcək Bu gün Bakıda UEFA Avropa Liqasının finalında “Çelsi” – “Arsenal” matçı keçiriləcək

Final oyununa şəxsi avtomobillə getməsinlər - BNA-dan məsləhət

Bu gün Bakıda UEFA Avropa Liqasının finalında “Çelsi” – “Arsenal” matçı keçiriləcək

Bakı Nəqliyat Agentliyinin mətbuat xidmətinin katibi Mais Ağayev UEFA Avropa Liqasının final oyunu ilə bağlı AzNews.az-a müsahibə alıb.

- Tamaşaçıların daşınması hansı formada həyata keçiriləcək?

- UEFA Avropa Liqasının finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. X1 marşrut xətti ilə tamaşaçılar "Qara Qarayev" metro stansiyasından, X2 marşrut xətti ilə “28 May” stansiyası yaxınlığında Dilarə Əliyeva küçəsindən (Səməd Vurğun bağı) Bakı Olimpiya stadionuna aparılacaq. Oyun bitdikdən sonra da həmin qayda ilə izləyicilər "Qara Qarayev" stansiyasına və Dilarə Əliyeva küçəsinə gələcək.

- Daşınma üçün cəlb olunan canlı qüvvə və avtobusların sayı barədə məlumat verə bilərsiniz?

- Ümumiyyətlə final oyunu üçün təxminən 450 avtobus və Bakı Nəqliyyat Agentliyinin tam heyəti cəlb olunub. Əlavə olaraq özəl daşıyıcı şirkətlərdən 62 nəfər dispetçerlər cəlb edilib. Bunu deyə bilərəm ki, bu oyunun uğurla başa çatması üçün böyük bir komanda çalışır.

- Ekspress avtobusların fəaliyyəti şəhərin gündəlik nəqliyyatına mane törədəcəkmi?

- Bu işlər elə planlaşdırılıb ki, ekspresslərə avtobus verməklə şəhərin ümumi nəqliyyat sistemində problem yaranmasın. Biz bu günləri ancaq biletli tamaşaçıları düşünüb addım atsaq, o zaman digər vətəndaşlar üçün problem yaratmış olarıq. Belə deyək ki, şəhərin ümumi ahəngini pozmadan bu məsələləri həll etməyə çalışmışıq.

- Qurduğunuz cədvəl sadəcə final oyunu günü üçün nəzərdə tutulub, yoxsa?

- Təkcə final oyunu günü yox, final oyunun səhəri günü üçün də iş qrafiki hazırlanıb. Daşıyıcı şirkətlərlə danışmışıq, oyun günü gecə saatlarına qədər avtobusları idarə edən sürücülər səhəri günü sükan arxasında olmayacaq.

- Son olaraq hazırki vəziyyətlə bağlı vətəndaşlara nə məsləhət görərdiniz?

- Vətəndaşlara məsləhət görərdik ki, final oyununa baxmaq üçün şəxsi avtomobilləri ilə gəlməsinlər. Bacardıqları qədər ictimai nəqliyyatdan istifadə etməkləri tövsiyyə olunur.

Nigar CƏFƏR

AzNews.az