Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli AzNews.az saytına müsahibə verib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli AzNews.az saytına müsahibə verib.

Emin Həsənli: "Xalq olaraq müharibədən üzüağ, şərəflə çıxdıq” -MÜSAHİBƏ

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli AzNews.az saytına müsahibə verib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli AzNews.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Emin bəy, öncə rəhbəri olduğunuz Tərxis Olunmuş Hərbiçilərin, Gənclərin Maarifləndirmə İctimai Birliyi haqda məlumat verməyinizi istərdik...

- Bizim birlik 2000-ci il dekabr ayının 22-si bir qrup ordudan tərxis olunmuş zabitlər tərəfindən yaradılıb. O zaman bizim əsas məqsədimiz ordumuzu təbliğ etmək, gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, ordu və media arasında əlaqələrin gücləndirilməsi, gənclərə dövlət atributlarının təbliği, hər zaman müharibəyə hazır olması üçün xalqımızın, gənclərimizin səfərbər edilməsi baxımından tədbirlər keçirtmək idi. Birliyimiz Prezident Adminstrasiyası, Müdafiə nazirliyi, Gənclər və İdman nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, daha sonra 2012-ci il 12 fevralda cənab prezident tərəfindən yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu və bir çox qurumların, Prezident yanında QHT-ə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Gənclər Fondunun və bir sıra qurumların dəstəyi ilə xeyli işlər görüb , tədbirlər keçirib. Şəhid ailələrinə, qazilərə dövlətin qayğısının təbliği və bu istiqamətdə işlərin sistemli qurulması, məqsədyönlü fəaliyyəti üçün təkliflər hazırlayıb aidiyyəti qurumlara göndərməklə bir çox orqanlarla əməkdaşlıq etmişik. 2016-cı ilin aprel hadisələrində xüsusi fəaliyyətimiz olub. Birliyimizin bir çox üzvləri döyüşlərdə iştirak edib, bir qismi mətbuatda hərbi ekspert kimi çıxışlar edib. Eyni zamanda cəbhə bölgələrinə davamlı səfərlərimiz olub. Əsərlərimizin hazırlığı, ruh yüksəkliyi baxımından tədbirlərdə iştirak etmişik. O zaman da xalqımızın yardımları olub. Bu yardımların bir qisminin kordinasiya edilməsində fəaliyyətimiz olub. Çox sevindirici, qürurlandırıcı günlər idi.

- Emin bəy, ordumuzun 44 günlük müharibədə qazandığı böyük zəfər haqda nə deyə bilərsiniz?

- Möhtəşəm zəfər oldu. Həm Azərbaycan tarixində, həm də dünya hərb tarixində iz buraxan bir zəfər idi. Həm hazırlığın peşəkarlığı, həm 21-ci əsrdə müasir silahlardan istifadə etmək baxımından bu miqyasda döyüş olmamışdı. Bu çox vacibdir. 21-ci əsrdə müharibəyə yanaşmanı dəyişdi. Müasir silahların istifadəsi, bir çox silahların yararsız olması Azərbaycanın döyüşə yanaşma tərzini dəyişdi. Silalı Qüvvələr tərəfindən çox möhtəşəm bir əməliyyat hazırlandı və bu əməliyyat çox peşəkarcasına həyata keçirildi. Bütün xalqın bir yumruq ətrafında birləşməsi, hər kəsin qələbəyə istəkli olması, inamı zəfərimizlə nəticələndi. Heç kəs atəşin tezliklə dayanmasını istəmirdi. Hamı bu problemin birdəfəlik həll olunmasını arzulayırdı. Ona görə ki, düşmənini yaxşı tanıyırdı. İllərlə düşmənin haqq-ədalətə əməl etmədiyinə bələd idi. Azərbaycan xalqı torpaqların azad olunması üçün hər şeyə hazır olmasını ortaya qoydu və Azərbaycanın cəsur hərbiçiləri məsələni birdəfəlik həll etdilər.

- Müharibə ərzində ordumuzun peşəkarlıq səviyyəsini necə dəyərləndirərdiniz? Həm ruh yüksəkliyi, həm hərbi savad baxımından...

- Çox yüksək. Ümumiyyətlə,bütün məsələlərdə olduğu kimi müharibədə də elm, savad, ağıl birinci şərtdir. Müharibədə qalib olmaq üçün müasir texnalogiya, yaxşı silahların və bu silahları idarə edə biləcək peşakar hərbiçilərin olmalıdır. Yüksək hərbi akademiya təhsilli, müasir hərb elminin qanunlarını bilən zabit korpusun olmalıdır, peşakar plan hazırlanmalı və bu plan yüksək səviyyədə icra edilməlidir. Azərbaycan ordusu bu müharibədə planı yüksək səviyyədə hazırlamışdı, ən müasir silahları var idi. Həm də müasir silahlardan istifadə edən peşakar hərbiçiləri var idi. Plan çox müvəfəqiyyətlə həyata keçirildi. Orduda kəşfiyyatdan, rabitədən tutmuş, xüsusi təyinatlılara qədər, artileriyadan tutmuş, hava hücumundan müdafiə sistemlərinə qədər hər kəs qarşıya qoyulan tapşırığı yüksək səviyyədə icra etdi.

- Bildiyimiz kimi, ön cəbhə ilə yanaşı arxa cəbhə də orduya öz dəstəyini göstərdi. Bunların arasında orduya yardım göstərən qurumlardan biri də sizin rəhbərlik etdiyiniz birlik olub. Apardığınız bu yardım kompaniyaları haqda məlumat verməyinizi istərdik...

- Xalqımızın birliyi öz sözünü dedi. Həm orduya yardım fonduna hər kəs maliyyə yardımı edirdi, həm də hərbi hissələrə vətəndaşlarımız, dövlət qurumları, şirkətlər yardımlar göndərirdi. Ölkənin hər yerində müharibə ab-havası yayılmışdı. Vətəndaşlar hərbi və dövlət sirlərinin qorunmasına əməl edirdilər. Xalq ordu ilə həmrəy idi, xalq birliyi var idi və bu birlik qələbəni təmin etdi.

- İstənilən müharibədə cəbhədəki savaşla yanaşı informasiya savaşının da önəmi böyükdür. İnformasiya savaşında jurnalistlər, hərbi ekspertlər fəal iştirak etdilər. Hansı ki, siz də həmin şəxslərdənsiniz...

- Bu istiqamətdə də çox böyük uğurlar əldə edildi. Hələ bundan qabaq 2016-cı il aprel hadisələrində də bu məsələdə xeyli uğurlar görmüşdük. Bu müharibədə istər hərbi ekspertlər, istər media yüksək peşəkarlıq nümayiş etdirdi və fəal iştirak etdi. Cənab prezident özü dünyanın 30-a qədər ən nüfüzlu media qrumlarına müsahibələr verdi. Qardaş Türkiyə mediasının da böyük dəstəyi oldu. Kütləvi İnformasiya Vasitələri, QHT, hərbi ekspertlər həmin günlərdə əl-ələ verərək gecəli-gündüzlü işlədilər. Azərbaycan gəncləri sosial mediada təbliğatı müxtəlif dillərdə yüksək səviyyədə apardılar. Azərbaycan xalqı, ziyalıları, hər kəs nəyə gücü çatırdısa, ümumi işə töhfə verməyə çalışırdı. Ekspertlər qrupumuz da bir gün ərzində 5-6 televiziya, radiolara, aparıcı saytlara, müsahibələr, açıqlamalar verirdilər. Eyni zamanda arxa cəbhədə bu işlərlə yanaşı ön cəbhədə də oldular. Orduya yardımlar çatdırılır, görüşlər keçirilir, ölkənin ziyalılarının cəbhə bölgəsinə səfərləri təşkil edilirdi. Döyüş xəttində olurdular. Həmin an o döyüş xətti də görülmürdü. Hesab edirəm ki, xalq olaraq bu işin altından üzüağ, şərəflə çıxdıq”.

- Vətən müharibəsində xeyli sayda əsgər və zabitlərimiz qazi oldu. Onların aldığı travmalar, zədələr bundan sonrakı həyatlarında çətinliklər yaradacaq. Dövlət, cəmiyyət olaraq onlara dəstək olmaq üçün nələr etməliyik?

- Onlara yardım etmək hər kəsin borcudur. Ölkədə birinci status şəhid , ikinci qazi statusudur. Bu insanlar Azərbaycan yaşasın, dövlətimiz var olsun deyə canlarını qurban verdilər. Hər kəsin onlara qayğı və diqqəti olmalıdır. Bununla bağlı dövlətin plan və proqramları da var. Buna “Yaşat” Fondunun yaradılması, cənab prezidentin ard-arda verdiyi sərəncamlar, orden medalların verilməsi və s. misal göstərmək olar. Azərbaycanda bərpa mərkəzləri var, hansı ki, orada dünyanın ən nüfuzlu universitetlərində oxumuş həkimlərimiz çalışır. Hər bir qazinin tez bir zamanda sağlığına qovuşub cəmiyyətin aktiv üzvünə çevrilməsi üçün dövlət, hər kəs əl-ələ verərək bu işin öhdəsindən gəlməliyik və hesab edirəm ki, Azərbaycan dövləti olaraq bunu bacaracağıq”.

-Tərxis olunmuş hərbiçilərin, gənclərin maarifləndirmə ictimai birliyi post müharibə dövründə necə fəaliyyət göstərəcək, bu günə kimi etmədiyiniz hansı tədbirləri həyata keçirəcəksiniz?

- Hər bir vətəndaşımıza yüksək qiymət verməliyik. Gələcəkdə bu haqda danışanda sübut etməliyik ki, həqiqətən də bizim belə igidlərimiz olub. Bu qəhrəmanları biz tanıtmalıyıq. Belə qəhrəmanlar filmlərdə olur, amma bizdə bu real həyatda idi. Bir qismi canlarını qurban verərək şəhid oldular, bir qismi də qazilərmizidir. Biz onları unutmamalıyıq. Qarabağ bizim üçün həm də mənəvi bir yerdir. Azərbaycanın hər şəhərindən, hər kəndindən Qarabağda şəhid qanı töküldü. Bu bizim birliyimiz üçün çox vacibdir. Bunun üçün biz qazi və şəhid ailərinə diqqətin artırılması üçün tədbirlər hazırlayacaq, qəhrəmanlıq tariximizi təbliğ etmək üçün çalışacağıq. Gələcəkdə bu istiqamətdə işlər artırılmalıdır. Pandemiya başa çatandan sonra məktəblərdə, universitetlərdə, rayonlarda davamlı görüşlər, tədbirlər keçirtməliyik. Həm 27 sentyabrla 10 noyabr bu 44 günün hər gününü xüsusi gün kimi qeyd etməli, həm də soyqrıma məruz qaldığımızı , düşmənlərimizi unutmamalıyıq. Bölgələrə qayıdış başlayanda bizim birlik də çalışacaq ki, yaxından iştirak etsin. Bu qayıdış böyük qayıdış olacaq. Bu prosesdə biz hamımız iştirak etməliyik. Ordu və cəmiyyət əlaqələrini daha da yüksətməyə çalışmalıyıq.

Səidə
AzNews.az