Milli Şura dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdən xarici ölkələrin proyektidir Milli Şura dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdən xarici ölkələrin proyektidir

Novxanıdakı çıxışın mətni Ermənistan İctimai Radiosunda hazırlanıb? – Şok fakt

Milli Şura dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdən xarici ölkələrin proyektidir

Avropa İttifaqı və Avropa Şurasının “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində bu gün qlobal miqyasda Azərbaycan dövləti milli maraqlarımız çərçivəsində tarixin ən şanlı səlnaməsini yazmaqdadır. Bu, XXI əsrin dünya nizamı çərçivəsində Azərbaycanın yeri və strateji mövqeyinin inkişaf etdirilməsi, işğal olunmuş ərazilərimizin azad olunması, sosial-iqtisadi, mədəni, insan haqları, regional münasibətlərin və digər sahələrin inkişaf xəttinin müəyyənləşdirilməsinə ibarətdir. Mayın 13-də prezident İlham Əliyevin Belçikanın paytaxtı Brüssel səfərinin mahiyyəti bu faktorlara söykənmişdi. Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da etiraf etdi: “Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır və regiondakı rolu əvəzedilməzdir”.

Avropa İttifaqı ilə əməkdaşlıqda Ermənistanın yeri görünmür

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüssel toplantısında çıxış edərək bildirib ki: “Azərbaycanın Avropa İttifaqının üzvü olan ölkələrin 50 faizi ilə geniş miqyasda ticarət əlaqələri vardır. Bu ölkələr tərəfindən Azərbaycana 20 milyard dollar həcmində investisiyalar qoyulubdur. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri mövcuddur”.

Prezident İlham Əliyev bu mötəbər beynəlxalq toplantıda Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayaraq bunları deyib: “Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq...Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.

Qeyd edək ki, Ermənistan tərəfi prezident İlham Əliyevin gündəmə gətirdiyi məsələlərin qarşılığında susmaq məcburiyyətində qalıbdır. Erməni nümayəndələri Avropa İttifaqı və Ermənistan arasında əlaqələrin necə inkişaf etməsi barəsində isə, bircə arqument belə sadalaya bilməyiblər.

“Milli Şura” Avropa İttifaqının deyil, Ermənistanın arqumentləri ilə hərəkət edir

Avropa İttifaqının Azərbaycanda insan haqlarının durumu ilə bağlı verdiyi açıqlamalarda bəzi məsələləri qabartması normal qarşılanmalıdır. Dünyanın istənilən ölkəsində insan haqları mövzusu daim gündəmdədir. Elə demokratiyanın beşiyi olan Avropada da insan haqları başlıca mövzulardann biridir. Ona görə də istənilən ölkənin adını insan haqları mövzusu daim qabardılan məsələdir. Azərbaycanla bağlı vurğulanan bəzi mövzular isə daha çox Ermənistanın KİV-lərində yer alan informasiyalara söykənir. Ermənistanda bu gün Azərbaycan dilində yayınlanan təxribat xarakterli informasiyalar bu gün ölkəmizin bəzi müxalif dairələrinin aparıcı mövzularına çevrilib.

İrəvanın Azərbaycan dilində gündəlik yaydığı təxribatlara uyan “Milli Şura” və onun rəhbərliyi ölkəmizdəki insan haqları və digər problemlərlə bağlı istinad etdiklərini də ciddi-cəhdlə gizlətməyə çalışırlar. Halbuki Ermənistanın “İctimai Radio”su bu infiormasiyaları tirajlamaqla məşğuldurlar. Fikrimizcə, bir sıra faktları sadalamaq daha yaxşıdır. 15 may 2019-cu ildə tarixdə Ermənistan “İctimai Radiosu”nda getmiş
“Avropa İttifaqı: Azərbaycanda insan hüquqlarının vəziyyəti narahatlıq doğurur” adlı baş məqaləsində yer alan mövzular bir daha qabardılaraq 28 may 2019-cu il tarixdə “Milli Şura”nın Bakının Novxanı kəndində keçirdiyi mitinqdə təkrar etmişdir (mənbə: https://armradio.am/az/13108). Halbuki Avropa İttifaqının 15 may tarixində insan haqları məsələsində Azərbaycanla bağlı çox qısa paraqrafda bəzi məsələlərə toxunub. İndi həmin faktları şişirdərək “fil”ə çevirmək əslində Milli Şuranın süni şəkildə qabartdığı bu sahə üzrə Avropa Birliyi tərəfindən Azərbaycanla bağlı hər hansı bir sərt qərar yoxdur( https://eeas.europa.eu/delegations/azerbaijan/62283/avropa-ittifaqinin-dünyada-insan-hüquqlari-və-demokratiya-ilə-bağli-vəziyyətə-dair-illik_az). İstənilən şəxs Avropa İttifaqının “EEAS.EUROPA.EU” saytına nəzər salsa, Milli Şuranın nə qədər yalanlar söyləriklərinin şahidi ola bilər.

Milli Şuranın Avropadakı macəraçı tərəfdarları isə, Azərbaycan hakimiyyətindən daim intiqam almaq, kin-küdurətini nümayiş etdirmək və erməni təşkilatlarında qrantlar alan Leyla Yunus, Arif Yunus, Ataxan Paşayev, Əlikrəm Hümbətov, Arif Məmmədov kimiləri siyasi cəhətdən naşı olan “şöhrətbazlar”ı irəli verməklə şou yaratmaq taktikası ilə hərəkət edirlər. Onlar 2018-ci ildə “Avropa Erməni Təşkilatları Konfederasiyası”ndan 80 min avro miqdarında vəsait alaraq, Azərbaycan prezidenti İlham Əliyevi ləkələmək üçün bannerlər, plakatlar və digər təbliğat vasitələrini gündəmə gətirmək istəsələr də nəticədə özləri biabır oldular.

Düşmənin təxribat siyasəti müxalifətin əli ilə həyata keçirilir

Ermənistan son illərdə Azərbaycana qarşı “soyuq müharibə”nin 2-ci mərhələsinə qədəm qoyub. Bu, müxalifətin əli ilə cəmiyyətdə təxribatların törədilməsidir. Ermənistanın xüsusi xidmət orqanları Azərbaycanda insan haqları problemləri” adı altında istənilən avatüraları həyata keçirmək üçün, ölkəmizdəki müxalifətin və xüsusilə də Milli Şuranın vasitəsilə öz məqsədlərini həyata keçirilər. Bu sırada ilk yer alan mövzu isə mümkün qədər Azərbaycan cəmiyyətində ölkə rəhbərliyinə inamsızlıq yaratmaq, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlara kölgə salmaq, Azərbaycanda keçirilən beynəlxalq tədibrləri görməzlikdən gəlmək, ölkəmizin beynəlxalq layihələrdə iştirakını ləkələmək və digər uğurlarımızı görməzlikdən gəlməkdir. Milli Şura məhz bu missiyanı həyata keçirir. O da bəllidir ki, Milli Şura dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdən xarici ölkələrin proyektidir. Müxalifət adı altında yarandığı gündən Azərbaycanın daxili və beynəlxalq miqyasda atdığı addımları ləkələmək yolu ilə hərəkət edibdir. Azərbaycan hansı uğura doğru addım atırsa, dərhal bu uğurlara qarşı çıxan Milli Şuranı öndə görürük. Bu barədə yüzlərlə faktları sadalamaq olar.

Milli Şuranın Novxanı məzhəkəsi

28 may tarixində Bakının Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Milli Şuranın keçirdiyi mitinq bir daha bu qurumun hansı məqsədlərə xidmət etdiyini göstərdi. Həmin mitinqdə Cümhuriyyət qurucuları deyil, daha çox Əli Kərimlinin adı hallandırıldı. Ənənəvi şəkildə “istefa” çağırışları barəsində şüarlar səsləndirildi. Qanuni seçilmiş hakimiyyətin dolayı yolla devrilməsi ideyasına üstünlük verildi. Əli Kərimli 30-dan çox xüsusi muzdlu mühafizəçi ilə Novxanı mitinqinə gəlmişdi. Mitinq zamanı onu da müşahidə etdik ki, süni şəkildə polislə qarşıdurma yaratmaq, həmin anın fotosunu və videosunu çəkdirməklə Avropada “mühacir” statusu almaq istəyən macəraçılar çoxluq təşkil edirdilər.

Mitinqlə bağlı jurnalist qismində iştirak edənlər isə çarşablı müxbirlər idilər. Çünki Milli Şuranın əsas müttəfiqi AİP-dir (Azərbaycan İslam Partiyası). O da bəllidir ki, qonşu İranda Azərbaycanın bir dövlət olaraq güclənməsini istəməyən çevrələrin informasiya şəbəkələri mitinqlə bağlı öz çıxarıları səviyyəsində maraqları üçün xüsusi reportaj hazırlyırdılar. Əli Kərimli Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyətindən daha çox bu günkü mövcud hakimiyyəti sərt şəkildə tənqid notları üzərində çıxış etdi. Halbuki, Xalq Cümhuriyyətinin və Milli İstiqlalımızın tarixi hər bir azərbaycanlıların bayramıdır. Onun “3-cü Cümhuriyyət” çağırıı üzərində köklənmiş çıxışı isə, 1991-ci ildən ötən 28 illik dövlət müstəqilliyimiz ideyasına kölgə saldı.

Halbuki prezident İlham Əliyev böyük öndər Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə 2013-cü il 22 noyabr tarixində sərəncam imzalayıb. AXC-nin (Azərbaycan Xalq Cümhuriyyəti) yaranmasının 100 illiyi münasibətilə ötən il sərəncam imzalamışdı. Hər iki sərəncamdan irəli gələn müddəalar əsasında bütün dünyada bu tədbirlər möhtəşəm şəkildə qeyd olundu.

Brüssel toplantısında Azərbaycan yeni uğurlara imza atdı. Bu, dünyada baş verən qlobal proseslərdə Azərbaycanın yaxından iştirakını bir daha sübut etdi. Azərbaycanın bu uğurlarını sevməyənlər isə, Ermənistan və ölkəmizdə müxalifət donuna girmiş Milli Şura idi.

Ə. Yusifoğlu