2020-ci ilədək 420 MVT gücündə külək, günəş və bio enerji stansiyaları quraşdırılacaq 2020-ci ilədək 420 MVT gücündə külək, günəş və bio enerji stansiyaları quraşdırılacaq

Bakıda bərpa olunan enerji mənbələrinə dair seminar keçirilib

2020-ci ilədək 420 MVT gücündə külək, günəş və bio enerji stansiyaları quraşdırılacaq

Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə seminar keçirilib.

Dövlət Agentliyindən AzNews.az-a bildirilib ki, seminar Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud çətinlikləri və imkanları müzakirə etmək məqsədi daşıyıb. Tərəflər arasında qeyd edilən sahənin “Siyasi, Hüquqi və Normativ Baza”, “Siyasi Dəstək Mexanizmi”, “Bərpa Olunan Enerji üçün Şəbəkə Nizamnaməsi”, “Bərpa Olunan Enerji Mənbələrinin Maliyyələşdirilməsi”, “Texniki Biliklərin Artırılması və Maarifləndirilməsi”istiqamətləri üzrə ümumi müzakirələr aparılıb.

ABOEMDA-nın sədr müavini Cəmil Məlikov ABOEMDA-nın fəaliyyət proqramının birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi olduğunu bildirib. Məhz bu səbəbdən də, ABOEMDA-nın strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə qədər 420 MVT qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

IRENA-nın Baş proqram icraçısı Prasson Aqarval bərpa olunan enerjinin sosial-iqtisadi faydalarından danışıb. Onun sözlərinə görə, Qazaxıstan təcrübəsini nəzərə alaraq, Azərbaycanda enerji sektoru və bərpa olunan enerji sahəsinin inkişafına mütləq sürətdə ümumi baxış keçirilməlidir.

P. Aqarval deyib ki, bərpa olunan enerjiyə dair siyasət və tənzimləmə əsasları barədə maarifləndirmənin artırılması və Azərbaycanın iqtisadi və sosial inkişafı baxımından onun faydaları bərpa olunan enerjidən istifadənin artırılması üçün vacib elementdir.

AzNews.az