Ölkə üzrə pambıq tədarükündə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları öndədir. Ölkə üzrə pambıq tədarükündə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları öndədir.

Ən çox pambıq tədarük edilən rayonlar

Ölkə üzrə pambıq tədarükündə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları öndədir.

Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 23-ə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur. Bu il respublikanın 22 rayonunda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib və 260 min ton pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.

Nigar CƏFƏR

AzNews.az