- İşin içi
- 10 Noyabr 2018 23:47
- 4 163
Koçaryanın vəkilləri Avropa məhkəməsinə müraciət etdilər
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri müdafiənin təmin edilməsi hüququ məsələsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə vəkillərdən biri – Aram Orbelyan bildirib.
Xatırladaq ki, Ermənistanın sabir prezidenti Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur. O həbs edilsə də, daha sonra Yerevanın Apellyasiya məhkəməsinin qərarı ilə azad olunub.
AzNews.az