Şirkətə dəfələrlə edilən telefon zənginə cavab verilməyib Şirkətə dəfələrlə edilən telefon zənginə cavab verilməyib

“Nurgün Motors” “Nissan” prezidentinin həbsinə münasibət bildirmədi

Şirkətə dəfələrlə edilən telefon zənginə cavab verilməyib

Xəbər verildiyi kimi, dünən Yaponiyanın “Nissan” avtokonserninin başçısı Karlos Qon həbs edilib.

Kyodo agentliyi yazır ki, Qonu 10 il həbs cəzası və 89 min dollar cərimə gözləyir. Karlos Qonun həbsindən sonra “Nissan”ın istiqrazları 5.4%, onun alyans üzrə tərəfdaşı “Mitsubishi” markasının istiqrazları isə 7.4% enib.

AzNews.az məsələ ilə bağlı “Nissan” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors”la əlaqə yaratmağa çalışsa da, şirkətdən zənglərə cavab verilməyib.

Qeyd edək ki, Karlos Qonun il ərzində aldığı maaş 6.4 milyon dollar olub.

AzNews.az