Qadın polisə şikayət edib Qadın polisə şikayət edib

Bakıda şok olay - Qaşını düzəltdirmək istədi, gözü "çıxdı"

Qadın polisə şikayət edib

Bakıda tatuaj etdirən qadın xəsarət alıb.

Hadisə Nərimanov rayonunda yerləşən “Tatu” salonunda qeydə alınıb.

Salona müraciət edən 35 yaşlı S.Ə. qaşlarına tatuaj etdirmək istədiyini deyib. Bu xidmətin müqabilində o, 700 manat ödəniş edib.

Salonda tatuajçı işləyən Fərid adlı şəxs qadının qaşlarına xəsarət yetirərək yararsız hala salıb.

Qadın polisə şikayət edib, fakt araşdırılır. (Report)