- İşin içi
- 28 Oktyabr 2019 15:32
- 8 480
Qəbələdə çoxmənzilli binaların sakinləri üçün 48 mənzilli bina tikiləcək
Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb
Prezident İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
AzNews.az