- İşin içi
- 20 Fevral 2020 10:41
- 7 121
Azərbaycan ət idxalını 8% azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 7,42 milyon ABŞ dolları dəyərində 4 638 ton ət idxal edib
AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 0,396 milyon dollar (5,6%) çox və 406 ton (8%) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 1%-ni təşkil edib.