“Azərbaycanın azad olunmuş ərazilərin bərpasına dost ölkələri cəlb etmək qərarı təbiidir” “Azərbaycanın azad olunmuş ərazilərin bərpasına dost ölkələri cəlb etmək qərarı təbiidir”

Qarabağın bərpa planını regional əməkdaşlıq platformasına çevirmək şansı

“Azərbaycanın azad olunmuş ərazilərin bərpasına dost ölkələri cəlb etmək qərarı təbiidir”

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri ölkənin gündəmində olan əsas məsələlərdən biridir. Artıq bir sıra dövlətlər bu işlərdə iştirakla bağlı Azərbaycana müraciət ediblər. Rəsmi Bakı azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində işlərə dərhal başlayıb. Elə ilkin mərhələdəncə bu işlərə Vətən müharibəsi zamanı Azərbaycana ən böyük dəstəyi verən Türkiyənin şirkətləri cəlb olunub. Belə ki, Şuşaya avtomobil yolunun çəkilməsində iki Türkiyə şirkəti iştirak edir.

Eyni zamanda İran, Rusiya, İsrail, Böyük Britaniya, ABŞ və digər ölkələrdən bərpa prosesində iştirak niyyəti açıqlanıb. Hər bir ölkə müəyyən bir sahədə öz köməyini təklif edir. Məsələn, Böyük Britaniya Qarabağda alternativ enerji istehsalının qurulması prosesində iştirak və dəstək təklif edir. Türkiyə tikinti-yenidənqurma, kənd təsərrüfatının inkişafı və sair sahələrdə öz dəstəyini təqdim etməyə hazırdır.

Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək  texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib  - FOTOLAR - Naxçıvan TV

Azərbaycan Qarabağın bərpası zamanı ən yüksək texnologiyalardan, ən müasir şəhərsalma və kəndsalma təcrübəsindən istifadə etmək niyyətindədir. Bu barədə Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən bir daha məlumat verib: “Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun.

Azad edilmiş ərazilərdə şəhərlər və kəndlər

Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun".

Prezident İranın xarici işlər nazirini qəbul edərkən bərpa işlərinə yalnız dost ölkələrin cəlb ediləcəyini bildirib: “Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”.

Göründüyü kimi, Azərbaycanda başlanacaq bərpa işləri çoxlu sayda ölkənin diqqətini cəlb edib. Ölkəmiz bu prosesə ölkələr qrupunu cəlb etməklə regional əməkdaşlıq üçün yeni bir müstəvi formalaşdıra bilər. İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın azad olunmuş ərazilərin bərpasına dost ölkələri cəlb etmək qərarı təbiidir: “Bu baxımdan, Azərbaycanın ən əsas dəstəkçisi olan Türkiyə şirkətlərinə bərpa prosesinin ilkin mərhələsindən yer verilməsi də təbiidir. Türkiyə şirkətlərinin inşaat-tikinti ilə yanaşı, aqrar sektorda da böyük təcrübəsi var. Xüsusilə aqrar sektorda sənaye istehsalının təşkilində Türkiyədən öyrənəcəyimiz şeylər çoxdur. Eləcə də İsrailin həm aqrar sahədə, həm də innovativ texnologiyalar sahəsində qabaqcıl təcrübəsi var. Biz bu təcrübədən Qarabağda aqrar sahənin inkişaf etdirilməsində böyük ölçüdə yararlana bilərik”.

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm  birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq

Millət vəkili bildirir ki, İranın həm kənd təsərrüfatının, həm də əczaçılıq sənayesinin inkişafındakı təcrübəsindən Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında istifadə edə bilər: “Bundan əlavə, turizm sektorunun inkişafı məqsədilə Türkiyə, İsrail, İtaliyanın zəngin təcrübəsindən istifadə edə bilərik. Bütün bu sahələrdə imkanlar kifayət qədər böyükdür və real proseslər başlandıqda zəruri qiymətləndirmələr aparılmaqla təkliflər hazırlana bilər”.

Azad edilmiş ərazilərdə şəhərlər və kəndlər

Onu da qeyd edək ki, Azərbaycanın torpaqlarını azad etməsi regionda yeni nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşması üçün də geniş imkanlar açıb. Belə ki, 3 tərəfli razılaşmada Rusiya və Türkiyənin yaxından iştirakı ilə Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Bugünlərdə Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin iştirakı ilə Moskvada nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müzakirələr başlanır. Bu isə yaxınmüddətli dövrdə bilavasitə bərpa prosesinə başlanması ehtimalını artırır. Yaradılacaq yeni avtomobil və dəmiryol xətlərinə İranın da qoşulması nəzərdə tutulur. Bu isə regionda Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistandan ibarət yeni iqtisadi əməkdaşlıq formatının meydana gəlməsi deməkdir. Bu formatın işlək olması, əlaqələrin genişlənməsi və bütün tərəflərə fayda gətirməsi üçün əsas şərtlərdən biri, əlbəttə, Ermənistanın ərazi iddialarını kənara qoyaraq, münasibətlərin normallaşmasına maneə yaratmamasıdır...

DÜNYA,
“Yeni Müsavat”