Ekspert: Türk Dövlətləri İnvestisiya Fondunun kapitalı 10 milyard dollara qədər artırılacaq Ekspert: Türk Dövlətləri İnvestisiya Fondunun kapitalı 10 milyard dollara qədər artırılacaq

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Ekspert: Türk Dövlətləri İnvestisiya Fondunun kapitalı 10 milyard dollara qədər artırılacaq

“Türk dövlətləri birliyinin genişlənməsi, inkişafı, əlaqələrinin gücləndirilməsi üçün yeni investisiya fondunun yaradılması ilə bağlı qərar çox düzgün qərardır”

Bunu AzNews.az-a Türk Dövlətləri İnvestisiya Fondunun yaradılması ilə bağlı danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, fondun ilkin kapitalı təqribən 500 milyon, yəni yarım milyard dollar olacaq və bu daha çox türk cümhurriyətlərində investisiya istiqamətlərinə yönələcək:

“Bunun təbii ki, Azərbaycana da xeyri var. Çünki işğaldan azad olumuş torpaqların bərpasında böyük infrastruktur layihələrinə ehtiyacı var. Çox güman ki, yeni yaradılmış fonddan Azərbaycan da istifadə edəcək. Amma bu ilkin nizamnamə kapitalıdır, gələcəkdə bunun həcminin 10 milyard dollara qədər artırılması nəzərdə tutulub. Belə bir plan var. Yaxın illərdə yəqin ki, bu artım baş tutacaq. Bu investisiya fondu türk dövlətlərinin yaxınlaşması, ümumi iqtisadi bazasının yaradılması üçün çox vacib rol oynayacaq. Azərbaycanın da bu fonddan istifadə etməsi üçün kifayət qədər imkanları və fürsətləri var”.

Rəşid Qarayev