- Dünyanın halı
- 00:27
- 1 654
İsrailə raket atan İran komandanı öldürüldü
İranın ballistik raket bölmələrindən birinin regional komandiri öldürülüb.
AzNews. xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir: "İsrail Hərbi Hava Qüvvələri Kermanşah bölgəsində dəqiq bir zərbə ilə İranın qərbindəki mərkəzi raket bölməsinin komandiri Makram Ətimini vuraraq məhv edib".
İsrail İranın ballistik raket sistemlərinin komandirlərini məhv etməyə davam edəcəyini bildirib.
"Ətimi bölmənin İranın qərbindəki Kermanşah bölgəsindəki əməliyyatlarına cavabdeh idi və İsrail dövlətinə doğru onlarla ballistik raket atışı həyata keçirib", - deyə İsrail Müdafiə Qüvvələri bildirib.
İran Ətiminin ölümünü hələlik təsdiqləməyib.
AzNews.az