- Dünyanın halı
- 12:44
- 1 018
Fransa: Hörmüz boğazında minaların yerləşdirildiyi təsdiqlənməyib
Fransanın müdafiə naziri Ketrin Votren bildirib ki, hazırda Hörmüz boğazında minaların yerləşdirildiyinə dair dəqiq təsdiq yoxdur. Bu açıqlama bölgədə azı 10 minanın aşkarlanması ilə bağlı xəbərlərdən sonra verilib.
“Hazırda bu məsələ ilə bağlı tam əminlik yoxdur. Lakin istənilən halda mümkün mina təmizləmə əməliyyatına hazırlaşırıq”, — nazir “France Info” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, mümkün Fransa-Britaniya birgə missiyası çərçivəsində bölgəyə mina təmizləyən gəmilər göndərilir. Fransa artıq Djibouti bazasında belə bir gəmi saxlayır.
Bundan əvvəl CBS News ABŞ kəşfiyyatının son qiymətləndirməsinə istinadən xəbər vermişdi ki, Amerika qüvvələri Hörmüz boğazında azı 10 mina müəyyən edib. Məlumat anonimlik şərti ilə danışan ABŞ rəsmilərinə əsaslanıb.
Mövsüm,
AzNews.az