- Dünyanın halı
- 12:39
- 916
Almaniya bəzi iranlı müraciətçilər üçün yekun viza yoxlamalarını bərpa edib
Hərbi münaqişə başlamazdan əvvəl Tehranda təqdim edilmiş viza müraciətlərinə, xüsusilə iş və tələbə vizalarına dair yekun baxış prosesinə başlanılıb.
Almaniya Xarici İşlər Nazirliyi bu barədə “Iran International”a bildirib.
Nazirliyin açıqlamasına görə, yoxlamalar tamamlandıqdan sonra Almaniyanın Ermənistandakı Yerevan səfirliyi giriş vizalarını verə biləcək.
Qeyd olunub ki, müraciətçilərlə Almaniyanın Tehrandakı səfirliyi və ya Federal Xarici İşlər İdarəsi tərəfindən ayrıca əlaqə saxlanılacaq və Yerevan şəhərində görüş təyin ediləcək.
Mövsüm,
AzNews.az