Rusiya və Çin: NATO-nun Asiyada genişlənməsi regional təhlükəsizliyə təhdiddir

Asiyada NATO-ya bənzər hərbi strukturların yaradılması və alyansın Asiya-Sakit okean regionunda mövcudluğunun genişləndirilməsi bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi ilə uyğun deyil.

Bu barədə Kremlinin rəsmi saytında dərc olunan iki ölkənin birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub:

“Şimali Atlantika Müqaviləsi Təşkilatının Asiya-Sakit okean regionunda mövcudluğunu genişləndirməyə və onun Asiya analoqunu yaratmağa yönəlmiş addımlar, o cümlədən “Avstraliya–Böyük Britaniya–ABŞ” təhlükəsizlik tərəfdaşlığı kimi mexanizmlər əsasında həyata keçirilən təşəbbüslər regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədləri ilə uzlaşmır”.

Tərəflər həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının regional əməkdaşlıq sistemini zəiflətməyə yönəlmiş cəhdlərə qarşı olduqlarını bəyan ediblər.

Mövsüm,

AzNews.az