Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 510 min 430 ton buğda idxal edilib.

Bu həcmdə buğdanın idxal dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 181 min 888 ton (55,3 %), dəyər baxımından isə 37 milyon 759 min ABŞ dolları (51,9 %) çoxdur.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,1 %-ini təşkil edib.