- Rusiya və İran
- 19 İyun 21:31
- 1 150
İran Hayfa və Təl-Əvivdəki Hərbi Sənaye Mərkəzlərinə zərbələr endirib

İran İsrailin Hayfa və Təl-Əvivdəki hərbi sənaye mərkəzlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə Tasnim xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.
“Hərbi hədəflərə, xüsusilə Hayfa və Təl-Əvivdəki raketdən müdafiə sistemlərinə qarşı 100-dən çox növ döyüş və öldürücü pilotsuz uçan aparatların cəlb olunduğu pilotsuz uçuş aparatları əməliyyatları bu gün də davam edir”, - deyə məlumatda bildirilir.
İnqilab Keşikçiləri Korpusu həmçinin İsrailin hərbi hədəfləri və sənaye mərkəzlərinə qarşı birləşmiş raket və dron hücumlarının yeni mərhələsini elan edib və İranın raket əməliyyatlarını artırmağa hazırlaşdığı bildirilir.
Mövsüm
Aznews.az