Bu ilin altı ayında baş verən texnogen hadisələr ötən illə müqayisədə 33 faiz artıb

Azərbaycanda 2025-ci ilin birinci yarımili ərzində 9 min 162 texnogen mənşəli hadisə qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.

Bildirilib ki, bu da 2024-cü ilin birinci yarımili ilə müqayisədə 2 min 249 hadisə və ya 33% çoxdur.

Qeyd olunub ki, texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin birinci yarımili ilə müqayisədə həlak olanlar üzrə 16 nəfər və ya 33%, xəsarət alanlar üzrə 67 nəfər və ya 34% azdır. Nazirliyin xilasediciləri tərəfindən 27 nəfər xilas edilib, 331 nəfər təxliyə olunub.

AzNews.az